image-644678b363afcbackend

“Bu qazın ölkəmizə verəcəyi mənfəətlə gələcəyimizə sərmayə qoyacağıq” – Ərdoğan

image-reklam_sirab_01

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dəniz qazının Türkiyəyə verəcəyi qazancla gələcəyə sərmayə qoyacaqlarını bildirib. Vətəninfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bursanın Gemlik qəsəbəsində xalqa müraciət edən Ərdoğan Qara dəniz qazı ilə bağlı bunları deyib: “Ehtiyat dəyəri 500 milyard dollarla 1 trilyon dollar arasında hesablanan bu qazın ölkəmizə verəcəyi mənfəətlə gələcəyimizə sərmayə qoyacağıq.

Ölkəmizin sənayesi, kənd təsərrüfatı, enerji və infrastrukturunu genişləndirmədən süfrəmizə qoyduğumuz çörəyi yetişdirə bilmərik. “Türkiyə əsri” ilə nail olacağımız budur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki