image-1668423997_arzuman-muradli-11-2backend

“Bu rəsmi Tehranın birinci sərsəm bəyanatı deyil” – Arzuman Muradlı

image-reklam_sirab_01

“İranın Xarici İşlər Nazirliyinin sözçüsünün Azərbaycan-İsrail əməkdaşlığı haqda sərsəmləməsi İran siyasətinin iç üzüdür” -bu fikirləri Vətəninfo.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloq əlavə edib ki, bu rəsmi Tehranın birinci sərsəm bəyanatı deyil.

“Bunlar Qafanda təzə tikdikləri tövləyə bənzər konsulluqlarında xeyli sayda terror təlimatçıları yerləşdirəndən bəri Zəngilandakı camışçılıq fermasını belə “sionist rejim”in Azərbaycandakı hərbi obyektlərindən biri kimi dəyərləndirənlərdir.Təbrizli qardaş və bacılarımızın əminəm ki, nifrət etdikləri bir neçə zavallını ora yığıb Azərbaycan əleyhinə hürüdənlər bununla hay nasistləri ilə bir olduqlarını, özlərinin də bizə qarşı soyqırımı törətmək niyyəti ilə yaşadıqlarını göstərirlər ki, burada da təəccüblü heç nə yoxdur. Biz bir xalq olaraq fars şovinizmdən hay nasizmindən daha çox düşmənçilik görmüşük ki, bu, gah indiki kimi açıq, gah da gizli şəkildə illərdir davam etdirilir və etdirilməkdədir.Rejim göstərir ki, Azərbaycanla diplomatik əlaqələrə tam son qoymaq niyyətindədir. Bu isə Tehrandakı kimi diplomatik təmsilçiliyimizə qarşı növbəti terror aktı yolu ilə də edilə bilər, daha böyük təxribatlara da əl atılacağı mümkündür. Biz bunun hazırlıqlarının aparıldığını görürük. İranın xarici işlər nazirinin Moskvaya bu günlərdəki səfərində məqsədlərdən birinin də bununla bağlı izn almaq olduğunu istisna etmirəm”.- deyə Arzuman Muradlı bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki