İtaliyanın mənzərəli şəhərində əhalinin sayını artıqmaq üçün hökümət maraqlı addım atıb. Vətəninfo.az xəbər verir ki, Apuliya bölgəsindəki mənzərəli Preziççe şəhərinin hakimiyyəti orada daimi yaşamaq üçün boş ev almaq qərarına gələnlərə 30 min avroya qədər pul ödəyəcək.
Bu pulu boş mənzillərin alınmasına xərcləmək lazım gələcək. Bu təklif əsasında satışa çıxarılan evlərin qiyməti 25 min avrodan başlayır. İtaliyada satılan digər ucuz mülklər kimi, onlar da uzun müddətdir ki, ilk sahibləri tərəfindən baxımsız qalıblar, ona görə də onlar da təmirə sərmayə qoymalı olacaqlar.
Preziççe hakimiyyəti ümid edir ki, belə bir pul təklifi onların yeni doğulanların sayının hər il azaldığı boş şəhərə yeni nəfəs verəcək.
“Tarixi mərkəzdə 1991-ci ildən əvvəl tikilmiş çoxlu boş binalar var ki, biz onları yeni sakinlərlə yenidən canlandırmaq istərdik. Tarixlə, gözəl memarlıq və incəsənətlə dolu köhnə məhəllələrimizi, yavaş-yavaş boşalmaqda olan məhəllələrimizi görmək utancvericidir. ” -yerli şuranın üzvü Alfredo Palese bildirib.