Qırğızıstanda ictimai yerlərdə vətəndaşın şəxsiyyətini müəyyən etməyə imkan verməyən bütün geyimlərə qadağa qoyulub.
Vətəninfo.az xəbər verir ki, prezident Sadır Çaparov Milli Məclisdə qəbul edilən “Dini etiqad azadlığı və dini qurumlar haqqında” əsasnaməni ehtiva edən qanunu təsdiqləyib.
Qanuna əsasən, ictimai yerlərdə iş və rəsmi fəaliyyətlə bağlı və ya tibbi səbəblərə görə üzü örtən geyimlər istisna olmaqla, üzün görünməsinə mane olan bütün geyimlərin geyinilməsi qadağandır.
Qanuna əməl etməyənlərə qarşı cəzalar tətbiq olunacaq.publika.az