image-downloadbackend

“Bütövlükdə Azərbaycanın parlamentinin fəaliyyətini şübhə altına almaq…” – Millət vəkili

image-reklam_sirab_01

Sosial şəbəkədə millət vəkili Erkin Qədirlinin parlament seçkiləri ilə bağlı söylədiyi fikirlər millət vəkillərinin narazılığına səbəb olub. Vətəninfo.az millət vəkili Ceyhun Məmmədovun Erkin Qədirlinin çıxışına münasibətini öyrənib. Millət vəkili bildirib ki, bu cür yanaşma parlamentin fəaliyyətini şübhə altına almaqdır.

“Qeyd etmək lazımdır ki, bütövlükdə Azərbaycanın parlamentinin fəaliyyətini şübhə altına almaq, eləcə də seçkilərin qeyri demokratik keçirildiyini qeyd etmək hesab edirəm ki, düzgün yanaşma deyil. Parlament Azərbaycan xalqını təmsil edən bir qanunverici orqandı və onun kifayət qədər səmərəli bir fəaliyyəti var. Bu da danılmaz bir faktdır ki,  Milli Məclis  Azərbaycan parlament diplomatiyasını da uğurla həyata keçirir. Bu baxımdan belə bir açıqlama verilməsini kökündən yalnış hesab edirəm. Bu gün parlament Azərbaycan xalqının iradəsini ifadə edir və fəaliyyətini normal şəkildə davam etdirir. Buna görə də seçkilərin qeyri şəffaf keçirildiyi fikrini düzgün hesab etmirəm. Parlamentdə deputatlar xalqı təmsil edir və üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirirlər. Bu gün Parlament xalqımızın inkişafı, dövlətimizin güclənməsi, müstəqilliyinin möhkəmlənməsi üçün mühüm addımlar atır. Ona görə bu məsələdə hesab edirəm ki, hər kəs açıqlama və bəyanat verərkən diqqətli olmalı, yalnış açıqlamalardan uzaq olmalıdır. Əlbətdə hər kəs öz şəxsi fikrini bildirməkdə azaddır. Ancaq bu o demək deyil ki, bütövlükdə parlamentin fəaliyyətini şübhə altına alsın.”- deyə Ceyhun Məmmədov bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki