image-cavushbackend

Çavuşoğlu istefa verəcək: Onu kim əvəzləyəcək?

image-reklam_sirab_01

Mövlud Çavuşoğlu Türkiyə tarixində ən uzun müddət vəzifədə qalan ikinci xarici işlər naziridir.

Vətəninfo.az “Habertürk”ə istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 14-də ölkədə keçiriləcək ümumi seçkilərdən sonra istefa verəcəyi ilə bağlı yayılan şayiələrə münasibət bildirərkən deyib ki, Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri postunda qalıb-qalmayacağına prezident qərar verəcək.

Türkiyədə keçirilən ümumi seçkilərdə iştirak edən siyasi partiyalar yekun namizəd siyahılarını bazar günü Yüksək Seçki Komissiyasına təqdim ediblər. Qeyd edək ki, bir müddət əvvəl “Hürriyet” qəzeti Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbəri olduğu hakim partiyaya Nazirlər Kabinetinin bütün üzvlərini deputatlığa namizəd göstərməyi tapşırdığını yazıb.

Bildirilir ki, Ərdoğan yeni müddətə seçilərsə, tamamilə yenilənmiş kabineti təqdim edəcək.

Hakim partiyadan olan siyahıya əsasən, Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbuldan, vitse-prezident Fuat Oktay Ankaradan, xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyadan, milli müdafiə naziri Hulusi Akar Kayseridən, energetika naziri Fatih Dönməz isə Əskişəhərdən namizəd olaraq irəli sürülüb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkə tarixində ən uzun müddət vəzifədə qalan xarici işlər naziridir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki