image-reklam-veteninfo
image-1backend

Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi Azərbaycan və Ermənistan arasında sülh prosesinin bir hissəsidir

image-reklam-veteninfo

Türkiyə Parlamentinin üzvü və keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda keçirilən “İtkin düşmüş şəxslərlə bağlı 4-cü Beynəlxalq Konfrans”da iştirak edib. Vətəninfo.az xəbər verir ki, Çavuşoğlu bu barədə “X” səhifəsində yazıb.

“Biz itkin düşmüş şəxslər məsələsinin siyasi deyil, hər şeydən əvvəl humanitar məsələ olduğunu və ailələrə yönəlmiş, etibar və əməkdaşlığa əsaslanan səylərin davamlı sülhün bərqərar olmasına töhfə verəcəyini vurğuladıq”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, itkin düşmüş şəxslər məsələsi Azərbaycan və Ermənistan arasında sülh prosesinin ayrılmaz hissəsidir və aktuallığını qoruyub saxlamaqda davam edir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki