image-55backend

Çavuşoğlu: “Suriya üzrə dördtərəfli görüş mayın əvvəlində keçirilə bilər”

image-reklam_sirab_01

“Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin Suriya probleminin həlli ilə bağlı görüşü mayın əvvəlində Moskvada baş tuta bilər”.

Vətəninfo.az xəbər verir ki, bunu Türkiyənin  xarici işlər naziri Mövlud Çavuşoğlu özel telekanallardan birinə açıqlamasında bildirib.

“Qarşıdakı dövrdə xarici işlər nazirləri səviyyəsində dördtərəfli görüş planlaşdırılır. Rusiyadan aldığımız ilkin məlumata görə, bunun may ayı kimi bir dövrdə baş verəcəyini düşünürük. Əvvəlki görüşdə olduğu kimi Moskvada olacaq”, – deyə o qeyd edib.

Xatırladaq ki, aprelin 3-4-də Moskvada Türkiyə, Rusiya, İran və Suriya xarici işlər nazirlərinin müavinləri səviyyəsində dördtərəfli texniki görüş keçirilib.

Tərəflər xarici işlər nazirlərinin növbəti görüşünə hazırlıqla bağlı məsələləri müzakirə edib, hər bir ölkə şəffaf və açıq şəkildə öz mövqeyini və fikirlərini bildirib.

Bu çərçivədə tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki