Cəbrayılda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Karxulu kəndi ərazisində qeydə alınıb.
“Mitsubişi” markalı avtomobil hərəkətdə olan zaman idarəetməni itirərək aşıb. Hadisə nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir nəfər isə həyatını itirib.
Qəza nəticəsində həlak olan 1981-ci il təvəllüdlü Nicat Ağayevin Lənkəran sakini olduğu bildirilir. Mərhum ehtiyatda olan hərbi qulluqçu olub. 44 günlük Vətən müharibəsi iştirak edib və bir sıra medallarla təltif olunub.
DİN-nin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumatı təsdiqləyiblər.
Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsində araşdırma başlanılıb.