Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə NATO baş katibinin müavini Radmila Şekerinskaya ilə görüşüb.
Vətəninfo.az xəbər verir ki, görüşdə Azərbaycan ilə NATO arasında Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramı çərçivəsində əməkdaşlıq, ölkənin NATO-nun rəhbərlik etdiyi sülhməramlı əməliyyatlara töhfəsi, eləcə də Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr müzakirə edilib.
Tərəflər həmçinin Cənubi Qafqaz regionunda baş verən son hadisələri, Azərbaycanın qlobal nəqliyyat infrastrukturunun inkişafındakı rolunu müzakirə ediblər.
Azərbaycan-NATO tərəfdaşlığının 30 illiyinə həsr olunmuş görüşdə Hüseynzadə və Şəkərinskaya 2024-cü ildə əməkdaşlığı yüksək qiymətləndirib və 2025-ci ildə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.