image-reklam-veteninfo
image-1backend

CHP lideri həbsxanada İmamoğlu ilə görüşəcək

image-reklam-veteninfo

CHP lideri Özgür Özel, Silivri (Mərmərə) həbsxanasında saxlanılan Əkrəm İmamoğlunu ziyarət edəcək.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Halk TV” bildirib.

Özelin yerli vaxtla 09.30-da (Bakı vaxtı ilə 10.30) həbsxanaya gedəcəyi bildirilir.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlu barəsində martın 23-də həbs qərarı çıxarılıb. Elə həmin gün o, 15 milyon səslə CHP-nin prezidentliyə namizədi seçilib. İmamoğlunun saxlanıldığı gündən etibarən başda İstanbul olmaqla Türkiyənin bir çox şəhərlərində etiraz aksiyaları keçirilir.Bakupost.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki