image-11backend

Çin nüvə başlıqlarının sayını 5 dəfə artıra bilər – NATO-nun baş katibi

image-reklam_sirab_01

Pekin nüvə başlıqlarının sayını 1500-ə çatdıra bilər. Vətəninfo.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq ABŞ-da silahlara nəzarət mövzusunda deyib.

Onun sözlərinə görə, bu, 2035-ci ilə qədər baş verə bilər.

NATO baş katibi hesab edir ki, Çin qlobal güc olduğu üçün qlobal məsuliyyət daşıyır.

O, silahlara nəzarət məsələsində təhlükəsizliyin artırılmasının Alyansın ümumi maraqlar naminə əməkdaşlıq etdiyi Çinin maraqlarından qaynaqlandığını düşünür.

Müxtəlif hesablamalara görə, hazırda Çində təxminən 300-350 nüvə başlığı var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki