Çin telekommunikasiya texnologiyalarında istifadə olunacaq eksperimental peyki uğurla orbitə buraxıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
“Long March-3B” daşıyıcı raketi peyklə birlikdə Çinin cənub-qərbindəki Sıçuan əyalətində yerləşən Xichang Kosmik Mərkəzindən orbitə buraxılıb. 15 saylı Rabitə Texnologiyası Eksperimental Peyki adlanan cihaz təyin olunmuş orbitə daxil olub və buraxılış uğurlu hesab edilib.
Peyk çoxzolaqlı və yüksək sürətli peyk rabitəsi texnologiyalarını sınaqdan keçirmək üçün nəzərdə tutulub .
Pekin özünün milli kosmik proqramını fəal şəkildə inkişaf etdirir, meteoroloji, telekommunikasiya və naviqasiya peykləri və Ayın tədqiqi üçün nəzərdə tutulmuş texnologiyalar yaradır. Hökumətin dəstəyi ilə çinli mütəxəssislər asteroid və Mars tədqiqat layihələrini həyata keçirirlər. Orbitdə Çin kosmik stansiyası var ki, o da beynəlxalq əməkdaşlıq üçün nəzərdə tutulub. 2024 Çin 68 buraxılış həyata keçirib.