image-6433adcf6d77fbackend

Çin və Tayvan arasında gərginlik pik həddə: Çin hər an hücum edə bilər

image-reklam_sirab_01

Tayvan son bir gün ərzində adanın ətrafında Çin Xalq Cümhuriyyətinə məxsus 70 hərbi təyyarə və 11 döyüş gəmisinin aşkarlandığını bildirib.

Vətəninfo.az xəbər verir ki, Tayvan Müdafiə Nazirliyinin açıqlamasında 70 təyyarədən 35-nin Tayvan boğazında tərəflərin təsir zonalarını məhdudlaşdırdığı güman edilən hava və dəniz xətlərini keçdiyi və Tayvanın “Hava müdafiə müəyyənləşdirmə bölgəsi” (ADIZ) elan etdiyi məkanda uçduğu bildirilib.

Ada ətrafında uçuşlar və gəmi patrullarının Çin ordusunun Tayvan lideri Tsay İnq-venin Mərkəzi Amerika və ABŞ-a səfərlərindən sonra başladığı hərbi təlimi ilə əlaqəli olduğu güman edilir.

Qeyd edək ki, Çin aprelin 8-də adanın ətrafında quru, hava, dəniz və raket qüvvələrinin iştirakı ilə birgə hərbi təlimə başladığını elan edib.

Çinlə suverenlik münaqişəsində olan Tayvanın lideri Tsay Mərkəzi Amerika ölkələri Qvatemala və Belize səfərlərindən əvvəl və sonra ABŞ-a “tranzit keçid” səbəbi ilə qeyri-rəsmi səfərlər edib.

Tayvan lideri martın 30-da Nyu-Yorkda Hudson İnstitutunun təşkil etdiyi görüşdə iştirak edib, aprelin 5-də isə Kaliforniya ştatının Simi vadisində ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Kevin Makkarti və partiyalararası Konqresin nümayəndə heyəti ilə görüşüb.

Pekin administrasiyası Tsainin ABŞ-a səfərinə etiraz edərkən onun təmaslarına vasitəçilik edən iki təşkilat və onların rəhbərlərinə sanksiya tətbiq edəcəyini açıqlayıb.

Çinin öz ərazisinin bir hissəsi kimi müdafiə etdiyi Tayvan Çin Xalq Respublikasının yarandığı 1949-cu ildən de-fakto müstəqillik əldə edib.

Pekin “Vahid Çin” prinsipini vurğulayaraq Tayvanın dünya ölkələri ilə müstəqil diplomatik əlaqələr qurmasına, Birləşmiş Millətlər Təşkilatında və digər beynəlxalq təşkilatlarda təmsilçiliyinə etiraz edir və onu tanıyan ölkələrin Tayvanla diplomatik əlaqələri kəsməsi şərtini irəli sürür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki