image-hacii1677742404backend

Demişdim ki, ölsəm, məni Hacı Şahin dəfn edər…

image-reklam_sirab_01
Hacı Şahinə gecikmiş məktubƏziz Hacı, mən səni çox istəyirəm, amma deyə bilmirdim….

Narazı idim səndən, bəzi məsələrdə etiraz edirdim sənə, qınayırdım. Neçə dəfə bunu açıq yazmışdım. Amma bu o demək deyil idi ki, sənə sevgim yoxdur. İnsan sevdiyi insandan inciyir, amma sevgi azalmır ki, bu zaman…

Çox söhbətlər edəcəkdik, tarixdən dinə gələn yolu müzakirə etməli idik…Səni ən savadlı insan bildiyim üçün uman yerim sən idin…

Mən ən yaxın dostlarımdan birindən xahiş etmişdim, şəkər məni çox incidir, ola bilsin yaxın günlərdə öləcəm, onda Hacı Şahini dəvət edərsən o məclisi aparar. Çünki Hacı Allahın sevdiyi insandır, Allahın sevdiyi insanın məni dəfn etməsi günahlarımı bağışlaya bilərdi. Hacı mən indi səni yola salmağa gəlmişəm. Amma belə olmalı deyil idi…

Olmalı deyildi

Məni sən yola salmalı idin.

Amma….

Səni itirdik, çox acı çəkirik. Hazırda yüzlərlə insan sənin üçün göz yaşı tökür. Yüzlərlə insanın sevgisini qazanan Hacı….Bizi belə qoyub hara gedirsən…

Göz yaşı

Sevgi

Sən bizə bunları qoyub gedirsən.

Hər zaman səni yada salanda göz yaşlarımız töküləcək, amma bu Sevgi göz yaşlarıdır…

Hacı

Ruhun şad olsun, yerin cənnətdir. Bizim şəhidləri  dəfn edəndə yaşadığın hissləri görməmək mümkün deyildi…İndi sən şəhidlərimizin yanındasan

Cənnətdə bizdən salam de şəhidlərə…

Onları orda da qoru…

Hacı

Səni çox sevirəm

Sən bu dünyada indi yoxsan …amma sənə olan sevgim əbədiyyətə qədər qalacaq…

Allah sənə rəhmət eləsin Hacı!

Tarixçi Zaur Əliyev

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki