Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 27 yanvar 2022-ci il tarixində 10:00-dan 12:00 -a qədər Ucar rayon Heydər Əliyev Mərkəzində seçicilərlə növbəti görüşü baş tutub.
Görüşdə iştirak edən Ucar rayon seçicilərinin hər birinin arzu və istəkləri, eyni zamanda qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi millət vəkili tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara çatdırılması müzakirə olunub. Görüşdə bir qisim seçici artıq həllini tapmış məsələlərlə bağlı Milli Məclisin deputatı Ramil Həsənə dərin təşəkkürlərini ifadə ediblər.
Qaldırılan məsələlərin içərisində ən çox şikayətlər əlilliklə bağlı imtina verilən pensiyaların bərpası, işsizlik, sosial problemlərin həlli, su, qaz sayğacları və xətlərinin çəkilişi, o cümlədən asfalt yolların çəkilməsi ilə bağlı məsələlər olub. Bununla bağlı məsələlər Milli Məclisin deputatı tərəfindən dinlənilib, lazımı tapşırıqlar verilib və qısa müddətdə əhalinin bu qəbildən olan tələb və təkliflərinin müvafiq dövlət qurumlarına çatdırılması ilə bağlı tədbirlər görüləcəyi bildirilmişdir.