image-1backend

Dmitri Peskov :”Fransa və  İngiltərənin nüvə arsenalları  ABŞ-ın nəzarəti altındadır ” 

image-reklam_sirab_01

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Fransa və İngiltərənin nüvə silahı arsenalının əslində Amerika Birləşmiş Ştatlarının nəzarətində olduğunu bildirib.

Vətəninfo.az xəbər verir ki, jurnalistlərə bəyanatlar verən Dmitri Peskov Fransanın nüvə silahların azaldılması ilə bağlı mövqeyini qiymətləndirib.

“Əlbəttə, həm Fransa, həm də İngiltərənin nüvə arsenalları əslində ABŞ-ın nəzarəti altındadır. Ona görə də bu iki ölkənin nüvə potensialını nəzərə almadan ABŞ ilə danışmaq tamamilə mənasızdır”,-deyə Rusiya Prezidentinin sözçüsü qeyd edib.
Dmitri Peskov Fransa və İngiltərənin NATO sisteminin bir hissəsi olduğunu bildirib.
Ukraynanın NATO-ya daxil olmasının qarşısının alınması məsələsinə toxunan Dmitri Peskov bunun Rusiyanın Ukraynada həyata keçirdiyi “xüsusi hərbi əməliyyatın” məqsədlərindən biri olduğunu vurğulayaraq deyib:”Əks halda bu, ölkəmizin təhlükəsizliyinə ciddi təhlükə yaradacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki