image-1backend

Donald Tramp:“Ukraynada sülhü təmin etməyin vaxtı gəlib çatıb”

image-reklam_sirab_01

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə mühüm görüşlər keçirdiyini bildirib. Donald Tramp deyib: “Ukraynada sülhü təmin etməyin vaxtı gəlib çatıb və mən buna nail olacağımıza inanıram”.

Vətəninfo.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransı keçirib.

Mətbuat konfransında çıxış edən Donald Tramp fransalı həmkarı ilə çox yaxşı görüş keçirdiklərini və Avropanın Ukraynada sülhün təmin olunması üçün səylər göstərməyə davam edəcəyi barədə razılığa gəldiklərini qeyd edib.

“Ukraynada sülhü təmin etməyin vaxtı gəlib çatıb və mən buna nail olacağımıza inanıram” deyən Donald Tramp, həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşlər keçirdiyini və prosesin çox müsbət irəlilədiyini vurğulayıb.

Rəsmi Moskvanın da razılaşmaya müsbət yanaşdığını qeyd edən Donald Tramp deyib: “Razılaşma Rusiyanın xeyrinə olardı və hiss edirəm ki, biz buna nail olacağıq. Olan oldu. Bu, heç vaxt başlamamalı olan bir müharibə idi”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image