Vətəninfo.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ölkənin 35-ci dövlət başçısı Con Kennedi və senator olmuş qardaşı Robert Kennedinin, eləcə də insan haqları müdafiəçisi və vaiz Martin Lüter Kinqin qətlinə aid sənədlərin üzərindən “məxfi” qrifinin götürülməsi barədə sərəncam verib.
“Bloomberg“ xəbər verir ki, hələlik bu qərarın adıçəkilən cinayət işlərinə aid bütün sənədlərə şamil edilib-edilməyəcəyi bilinmir.
Qeyd edək ki, C. Kennedi 1963-cü il, noyabrın 22-də, Martin Lüter-Kinq isə 1968-ci il, 4 aprel tarixində qətlə yetirilib.