image-bez-nazvaniyabackend

Dövlət Dumasından etiraf: Bizim ordu Rusiya Federasiyasının sərhədlərini qorumağa qadir deyil

image-reklam_sirab_01

Dövlət Duması Rusiya ordusunun sərhədləri qorumağa qadir olmadığını etiraf edib və rusları birləşməyə çağırıb.
Vətəninfo.az  xəbər verir ki , bu barədə Dövlət Dumasının müdafiə komitəsinin sədri Andrey Kartapolov bildirib.

Onun sözlərinə görə, sərhədin Ukrayna tərəfindən təxribatdan mühafizəsi vətəndaşlara həvalə edilməlidir, çünki Rusiyanın “ Sovet İttifaqındakı kimi” imkanları yoxdur .

“İndi bizim Sovet İttifaqındakı kimi imkanlarımız yoxdur, o vaxt bütün ölkə SSRİ-nin sərhəd qoşunlarının hərbi hissələri tərəfindən perimetr boyu mühafizə olunurdu. Ona görə də indi sərhədlərin mühafizəsinin bir qədər fərqli üsulları var. Yerli əhalinin könüllülük əsasında cəlb edilməsi, mənim fikrimcə, bu, kifayət qədər real və başa düşüləndir.” – Kartapolov bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki