image-1backend

DSX hərbçisi: Qazaxın azad olunan kəndlərində mədəni abidələr, flora və fauna da qorunur

image-reklam_sirab_01

19 aprel 2024-cü ildə Qazax rayonunun işğalda olan dörd kəndi Prezident İlham Əliyevin siyasəti nəticəsindı bir güllə belə atılmadan azad edilib.

Vətəninfo.az xəbər verir ki, bunu APA-ya Dövlət Sərhəd Xidmətinin “Qazax” Əlahiddə sərhəd diviziyasına təşkil olunan media-tur zamanı DSX-nın Sərhəd Qoşunlarının hərbi qulluqçusu polkovnik-leytenant Elnur Abdullayev deyib.

Onun sözlərinə görə, azad olunan kəndlərdə sərhədçilər xidməti yüksək səviyyədə təşkil edir.

O da qeyd olunub ki, sərhədçilər xidmət etdikləri ərazidə mədəni abidələri, flora və faunanı da qoruyurlar. Qeyd olunub ki, yeddincə əsrə aid Avey məbədi, “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu həm DSX Sərhəd Qoşunları, həm də Mədəniyyət Nazirliyi tərəfindən qorunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image