“Transfermarkt” klubu olmayan və hazırda azad agent statusunda olan ən dəyərli 10 futbolçunun siyahısını açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, siyahıya İngiltərə millisinin üzvü Ceydon Sanço başçılıq edir. Onun bazar dəyəri 10 milyon avro qiymətləndirilir.
Reytinqdə ikinci yerdə 6 milyon avro dəyərində olan ukraynalı Oleksandr Zinçenko qərarlaşıb.
Ən bahalı azad agentlərin siyahısı belədir:
Ceydon Sanço (İngiltərə) — 10 milyon avro
Oleksandr Zinçenko (Ukrayna) — 6 milyon avro
3-4. Abdullaye Dukur (Mali) — 4 milyon avro
3-4. Kərim Benzema (Fransa) — 4 milyon avro
5-6. Dani Karvaxal (İspaniya) — 3,5 milyon avro
5-6. Riyad Mahrez (Əlcəzair) — 3,5 milyon avro
7-9. Aleksey Qutsulyak (Ukrayna) — 3 milyon avro
7-9. Entoni Marsial (Fransa) — 3 milyon avro
7-9. Mauro İkardi (Argentina) — 3 milyon avro
10.Vilfrid Zaha (Kot-d’İvuar) — 2,5 milyon avro
Qeyd edək ki, futbolçuların siyahıdakı mövqeləri “Transfermarkt”ın açıqladığı bazar dəyərinə əsaslanır.


























