image-1backend

Dünyanın ən güclü pasportları açıqlandı – Azərbaycanlılar vizasız neçə ölkəyə səyahət edə bilərlər?

image-reklam_sirab_01

“Henley” qlobal pasport reytinq indeksi 2025-ci il üçün müxtəlif ölkələrin pasportlarının tam siyahısını açıqlayıb.

Vətəninfo.az  xəbər verir ki, Sinqapurun 195 ölkəyə viza tələb olunmadan səyahət etmək üçün dünyanın ən güclü pasportu olduğu bildirilib. Siyahıda Yaponiya ikinci (193 ölkə), Fransa, Almaniya, İspaniya, İtaliya, Cənubi Koreya və Finlandiya (192 ölkə) isə üçüncü pillədə yer alıb.

Qeyd edək ki, Azərbaycan 198 ölkənin yer aldığı siyahıda 70-ci sırada qərarlaşıb. Azərbaycan pasportu vətəndaşlara 72 ölkəyə vizasız səyahət imkanı verir. Qardaş ölkə Türkiyə siyahının 46-cı pilləsində yer alıb. Türkiyə pasportu ilə 116 ölkəyə vizasız getmək mümkündür. Eyni zamanda, Gürcüstan 44-cü (122 ölkə), Rusiya 46-cı (116 ölkə), Ermənistan 74-cü (68 ölkə), İran isə 96-cı (44 ölkə) sırada yer alıb.

Qeyd edək ki, müxtəlif ölkələrin pasportlarının sıralaması və vətəndaşların başqa ölkələrə vizasız səyahət etmək imkanı həmin ölkənin güclü diplomatik əlaqələrinin və qlobal təsirinin mövqeyindən xəbər verir.

2025-ci ildə dünyanın ən güclü pasportları sıralamasında ilk onluqda yerləşən ölkələr bunlardır:

1. Sinqapur (195 ölkə);

2. Yaponiya (193 ölkə);

3. Fransa, Almaniya, İspaniya, İtaliya, Cənubi Koreya, Finlandiya (192 ölkə);

4. İsveç, Avstriya, Danimarka, Hollandiya, İrlandiya, Lüksemburq, Norveç (191 ölkə);

5. Portuqaliya, İsveçrə, Böyük Britaniya, Belçika, Yeni Zelandiya (190 ölkə);

6. Yunanıstan, Avstraliya (189 ölkə);

7. Malta, Kanada, Polşa (188 ölkə);

8. Çexiya (187 ölkə);

9. Estoniya (186 ölkə);

9. Amerika Birləşmiş Ştatları, Latviya, Macarıstan (186 ölkə);

10. Litva, Sloveniya, Latviya, Birləşmiş Ərəb Əmirlikləri (185 ölkə).


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image