image-1backend

Dünyanın ən varlı adamları Trampın andiçməsində iştirak edəcək

image-reklam_sirab_01

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimində üç amerikalı milyarder qonaq olacaq: SpaceX və Tesla-nın baş direktoru İlon Mask, Amazon-un qurucusu Ceff Bezos və Meta-nın baş direktoru Mark Zukerberq. Vətəninfo.az xəbər verir ki, bu barədə NBC News xəbər verir.

“Mərasim zamanı onlara nüfuzlu yer veriləcək. Trampın kabinetinə namizədlər və seçilmiş rəsmilər də daxil olmaqla, digər yüksək vəzifəli şəxslərlə platformada oturacaqlar”, – telekanal qeyd edir.

Əlavə edək ki, sadalanan sahibkarlar dünyanın ən varlı adamları sırasındadır: Musk birinci, Bezos ikinci, Zukerberq isə üçüncüdür.

Seçilmiş dövlət başçısı Donald Trampın andiçmə mərasimi yanvarın 20-də baş tutacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image