image-1405475backend

Düz beş il sonra Xanlar Vəliyev dən “Tərtər işi” barədə etiraf- SƏXAVƏT MƏMMƏD YAZIR

image-reklam_sirab_01

Düz beş il sonra Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev “Tərtər işi” barədə açıqlama verdi.
Açıqlamada xeyli diqqət çəkən məqamlar var. Xanlar Vəliyev məsələ ilə bağlı birinci dəfə danışarkən işi “nağıl” adlandırsa da, etiraf xarakterli son açıqlamasında ilk dəfə bəzi etiraflar etmiş oldu.

Belə ki, kütləvi şəkildə hərbçi şəxslərə qarşı qeyri-qanuni işgəncələr həyata keçirilməsini bəyan etdi. Bu, dəfələrlə yazılsa da, həmişə əksi iddia olunmuşdu.
Əslində, Xanlar Vəliyevin dediklərində qeyri-adi bir şey yoxdur. Çünki bunlar uzun zamandır yazılır, deyilir. Sadəcə rəsmi ağızdan açıqlanması gözlənilirdi. Bu açıqlama təqdirəlayiq olsa da, məqbul hesab edilə bilməz. Bu barədə bir qədər sonra…
Xanlar Vəliyev özünü və qurumunu ağ atlı şahzadə, ilanın ağzından qurbağa alan, suyun qarşısını kəsən divi qovan kimi təqdim edir:
“Biz cinayət işini başlayana kimi bir nəfər şəxs vəfat etmişdi”; “Mən müəyyən etdim ki, doğrudan da, kütləvi şəkildə hərbçi şəxlərə qarşı qeyri-qanuni işgəncələr həyata keçirilib”; “Mənim tələbim əsasında Müdafiə Nazirliyinin tibb xidmətindən böyük briqadada həkimlər gəldi”…
Sual olunur, hərbçilərə qarşı kütləvi işgəncələr həyata keçirilən zaman hərbi prokurorluğun müstəntiqləri harada idi? Bildiyimiz qədər, bu proses üç qurumun həyata keçirdiyi bir əməliyyat olub. Bundan əlavə, çox sayda zərərçəkmiş iddia edir ki, müstəntiqə danışırdıq, xoşu gəlməyən kimi deyirdi, aparın bunu bir də presləyin. Yaxşı, bunu hara yazaq?
Gələk Xanların Vəliyevin açıqlamasının məqbul hesab olunmamasına. Kütləvi işgəncə verilir, ölkənin 4 qurumu rəsmi bəyanat verir, ancaq həbsə bir neçə işgəncə verən gedir? Bu nə qədər doğru qərardır?
Ordu iyerarxiya ilə idarə olunan bir sistemdir. Yəni bu işgəncələri şifahi və ya yazılı əmr almayan heç bir hərbçi verə bilməz. Bildiyim qədər də əmrlər şifahi olub. Daha bir məsələ – işgəncəyə cəlb edilən hərbçilər özbaşına gedib kimisə postdan çıxara bilməz. Bunun üçün ən yüksək səviyyədə göstəriş verilmiş olub. Bəzən elə danışırlar ki, sanki korpusların kəşfiyyat bölükləri özbaşına bu əməliyyatı keçirib, sonra digər qurumlar əməliyyata daxil olub. Yaxşı, Hərbi Dəniz Qüvvələrinin SAT-ı (Sualtı Taaruz) Bakıdan özbaşına Tərtərə hərəkət etmişdi? İşgəncə verənlərin bəziləri cəzalandırılıb. Bəs əmr verənlər? Ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Nəcməddin Sadıkovun bundan heç xəbəri olmayıb? İki korpusun ərazisində kütləvi işgəncələr verilir və Müdafiə naziri Zakir Həsənov bundan xəbərsizdir? Nə Zakir Həsənova müqəvva deyirsiniz?
Məsələnin mənəvi və şərəf tərəfinə toxunmasaq, olmaz. Düşünün, bir ordunun tərkibində çoxlu sayda düşmən tərəfə işləyən, casusluq edən var. Bu nə deməkdir? Bu dəfə aşağıdan yuxarı iyerarxiya ilə bütün komandir heyəti ya müqəvva olub, ya da görməzdən gəlib. Zabit şərəfi olan bu həngamədən sonra iki şey etməli idi. Ya istefa verib ordu sıralarından getməli, ya da tabel silahlı ilə kabinetində özün vurmalı idi. Görünən odur ki, əmr verənlər arasında zabit şərəfi anlayışı ya olmayıb, ya da unudulub.

 

Səxavət Məmməd


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki