image-img_8786backend

Əhməd Şahidovdan Emin Hüseynova sərt sözlər: Emin, sənə ayıb olsun!

image-reklam_sirab_01

Əziz dostlar, dəyərli izləyicilər. İstəməzdim bu barədə danışıb ürək bulandırım, amma bunu paylaşmağı özümə borc bildim. Bugün Avropa Şurası Parlament Assambleyasının Qış Sessiyasında Azərbaycan əleyhinə bir tədbir keçirildi. Tədbirin təşkilatçısı siyasi müxalif Emin Hüseynov idi.

Vətəninfo.az xəbər verir ki,bu haqda insan haqları müdafiəçisi, hazırda Avropa Şurası Parlament Assambleyasının sessiyasın yaxından izləyən Əhməd Şahidov “Facebook”sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.

Təəssüf doğuran məqam ondan ibarət idi ki, Ermənistanın AŞPA`dakı nümayəndə heyəti tam tərkibdə (8 deputat) həmin tədbirdə iştirak edirdilər. Hətta bir-neçə erməni jurnalist də salonda oturmuşdu”-qeyd edən Əhməd Şahidov qeyd edib ki, öz çıxışında Emin Hüseynov Azərbaycan əleyhinə elə acıqlı və nifrətlə danışırdı ki, bu, sadəcə müxalif fəalın fikirləri deyildi: “Hər şeyi başa düşürəm – kimsə iqtidarı müdafiə edər, kimisə müxalifətdə olar. Amma xalqına və dövlətinə düşmən mövqedə dayanmaq və bunu düşmən ölkənin deputatları ilə birlikdə etmək əsla qəbuledilən deyil.  Və bunun bir adı var – Vətənə xəyanət. Həmin tədbirdə səssizcə qatılmaq istəyirdim və səslənən şantajları görəndən sonra çıxış etmək qərarına gəldim. Emin, sənə ayıb olsun!“.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image