image-1backend

Əhmədiyan: “Xarici qüvvələrin mövcudluğu bölgənin siyasi və təhlükəsizlik məsələlərini çətinləşdirir”

image-reklam_sirab_01

Vətəninfo.az  xəbər verir ki, dünən İrəvanda  Ermənistanın baş naziri Nikol Paşinyanla görüşən İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan deyib:
“Regiondankənar və xarici qüvvələrin mövcudluğu bölgədə siyasi və təhlükəsizlik məsələlərin mürəkkəbliyini artırır və bunların həllinə kömək etməyəcək”.
Əhmədiyan “sülh və sabitliyin bərqərar olmasının yalnız region ölkələrinin köməyi və əməkdaşlığı ilə mümkün olduğunu bildirib”.
Qeyd olunub ki, görüşdə iki ölkə arasında hərtərəfli siyasi, iqtisadi və müdafiə əlaqələrinin səviyyəsinin yüksəldilməsinin vacibliyi vurğulanıb. Tərəflər neft emalı və neft-kimya sənayesi kimi yeni sahələrdə əməkdaşlığın daha da genişləndirilməsindən söz açıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image