İlin ilk üç ayında İstanbula gələn xarici turistlərin sayı 3 milyon 480 min 630 nəfərə çatıb.
Vətəninfo.az xəbər verir ki, İstanbul valisi Əli Yerlikaya rəsmi ”Twitter” səhifəsində etdiyi paylaşımda İstanbula gələn turistlərin sayı ilə bağlı məlumat verib.
Əli Yerlikaya deyib: “Turizm statistikasına görə, mart ayında İstanbula 1 milyon 206 min 770 xarici turist gəlib. Bu ilin ilk 3 ayında şəhərimizə gələn xarici turistlərin sayı 3 milyon 480 min 630-dur”.
Əli Yerlikaya İstanbula ən çox turistin Rusiya, İran, Almaniya, Amerika Birləşmiş Ştatları (ABŞ) və İngiltərədən gəldiyini bildirib.