image-444backend

Əliyev Paşinyana deyib ki… — Soçidə liderlərin şam yeməyində nələr baş verib?    

image-reklam_sirab_01

Ermənistan mediası hələ də Soçi görüşünü müzakirə edir, görüşdə baş verənlərin təffərrüatlarını öyrənməyə çalışır. Görüşdən öncə erməni ictimai rəyində “rus variantı”nın qəbul ediləcəyinə dair gözləntilər böyük idi, xüsusilə Qarabağla bağlı məsələlərin gündəmə daxil ediləcəyi deyilirdi, lakin nəticə ermənilər üçün tamamilə əks oldu: Əliyev Qarabağın Azərbaycanın daxili məsələsi olduğu reallığını önə sürdü və bunu qəbul etdirdi.

Vətəninfo.az xəbər verir ki, erməni şərhçilərin görüşlə bağlı çıxardıqları nəticələr eynidir: Paşinyan Soçidə heç nə əldə etməyib. Nə sülhməramlılar, nə Qarabağla bağlı, nə kommunikasiyanın açılması, nə də sərhədə bağlı Ermənistanın mövqeyi nəzərə alınmayıb. Putin bir sıra məsələləri gündəmə daxil etmək istəsə də, Əliyev öz gündəliyindən kənara çıxmayıb və görünür, bunu qəbul etdirib.

“Hayeli” nəşri yazır ki, bütün fikir ayrılığına baxmayaraq, Putin, Əliyev və Paşinyanın birlikdə şam yeməyi süfrəsində olması diqqət çəkir.

“Tərəflər uzun və razılaşmaların olmadığı danışıqlardan sonra şam yeməyini birlikdə ediblər. Bunu “müəmmalı şam” yeməyi adlandırmaq olar və tərəflərin yemək masası arxasında müzakirəyə davam etdiyi də istisna deyil. Əsas söhbət, bəlkə də elə şam yeməyində olub, lakin Əliyev mövqeyində – sülhməramlılar, Qarabağ, kommunikasiyanın açılaması və s. – israrla dayanıb,

Paşinyana izah edib ki, üçtərəfli razılaşmalardakı öhdəliklər icra edilməlidir. Bakının qalib gəldiyini yekun bəyanatdan da görmək olar. Putin isə Paşinyanın qaldırdığı heç bir məsələyə müsbət cavab verməyib”, – nəşr yazır. (publika.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image