Vətəninfo.az xəbər verir ki, çərşənbə axşamı Ər-Riyadda keçirilən ilk danışıqların qalibi Vladimir Putin oldu.
Trampın hakimiyyətə gəlişinin ardından Vaşinqton demək olar ki, geosiyasi məsələlərdə və xüsusən də Ukrayna-Rusiya müharibəsi ilə bağlı mövqei ciddi tənqid hədəfinə çevrilib.
Qeyd edək ki, ukrayna 2022-ci ilin fevralında Rusiyanın işğalından sonra öz suverenliyini və gələcəyini seçmək hüququnu müdafiə etmək üçün çox şey qurban verdi. Uzun müddətdir ki, bu mübarizədə onun əsas dəstəyi olan Birləşmiş Ştatlar indi öz prezidenti Donald Trampın səlahiyyəti altında münaqişənin həllində rəsmi Kiyevə ikinci dərəcəli aktyor kimi yanaşır. Bu, fevralın 18-də ABŞ və Rusiya arasında diplomatik mübadilələrin bərpası zamanı açıq şəkildə ortaya çıxan dramdır. Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki sarayda təşkil olunan iki aparıcı nümayəndə heyəti arasında bu görüş fevralın 12-də Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığından sonra baş tutub.
Bu, formatdakı görüş demək olar ki, Moskva üçün tamamilə əlverişli olan yenidən konfiqurasiyanın əsasını qoymuş oldu. Amerika tərəfdən görüşdə dövlət katibi Marko Rubio, milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff iştirak ediblər. Amerikalı siyasi təhlilçilər hesab edirlər ki, görüşdə iştirak edən bu adamların ortaq cəhətləri var: Rusiya rəsmiləri ilə qarşılıqlı əlaqədə heç bir təcrübənin olmaması. Digər tərəfdən, onların qarşısında ikitərəfli görüşlərdə təcrübəli iki şəxs dayanırdı: Xarici İşlər Naziri Sergey Lavrov və Vladimir Putinin diplomatik müşaviri Yuri Uşakov.
Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun bu görüşlər bağlı açıqlaması da maraqlıdır və Bolton Trampın Ukrayna siyasətini tənqid edərək, onun Putinə təslim olduğunu iddia edir. Bolton, Trampın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qurban verməyə hazır olduğunu qeyd edir. Ər-Riyadd görüşünün keirildiyi saatlarda Ankarada prezident Rəcəb Tayyib Ərdoğanın Zeliniskini qəbul etməsi, Ukrayna prezidentinin səsləndirdiyi fikirlər, Ukraynasız keçirilən hansısa görüşdə əldə olunan nəticələrin Kiyev üçün hər hansı mahiyyət kəsb etmədiyini vurğulaması, bundan sonrakı proseslərin necə cəryan edəcəyinə yeni bir işıq tutacaq.
Eyni zamanda bu müxtəlif fikirlər fonunda,Trampın Ukrayna siyasətinin necə formalaşacağı və bunun regiona təsirləri barədə fərqli baxışları günədəmə gətirib-gətiriməyəcəyini də yaxın günlərdə görmə imkanımız olacaq.
Vətəninfo.az