image-342187587_683753170190872_491930314376424825_nbackend

Ərdəbildə xalqı üsyana səslədilər

image-reklam_sirab_01

Ərdəbil Universitetində divarlara milli şüarlar yazılıb və xalıq üsyana səsləyiblər. Vətəninfo.az xəbər verir ki, aprelin 16-da milli düşüncəli tələbələr Ərdəbilin “Mühəqqiq Ərdəbili” Universitetində aksiya keçiriblər.

Milli fəallar tərəfindən universitetin binasının divarlarına milli şüarlar yazılıb.

Verilən məlumata görə, divarlara “Azadlıq, Ədalət, Milli hökumət”, “Tehran diktaturasına xəbərdarlıq, Azərbaycan xalqının üsyanı yaxınlaşır” və digər şüarlar həkk olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki