image-642faf0162240backend

Ərdoğan: “İlk prioritetimiz zəlzələ bölgəsini yaxın zamanda bərpa etməkdir”

image-reklam_sirab_01

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk prioritetlərinin zəlzələ bölgəsini yaxın zamanda bərpa etmək olduğunu bildirib.

Vətəninfo.az xəbər verir ki, Türkiyə Prezidenti Ərdoğan “Kriter” (SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun jurnalı) jurnalına müsahibə verib.

Fevralın 6-da Kahramanmaraş və Hatayda baş verən zəlzələlərdən sonra aparılan bərpa və tikinti işləri ilə bağlı məlumat verən Ərdoğan zəlzələ baş verdiyi andan etibarən dövlətin bütün imkanları ilə çalışdığını və fəaliyyətlərini davam etdirəcəyini bildirib.

Zəlzələdən zərər çəkmiş şəhərlərə də mütəmadi olaraq getdiyini xatırladan dövlət başçısı Ərdoğan həm yeni tikilən evlərin təməlqoyma mərasimlərini keçirdiklərini, həm də iftar süfrəsində vətəndaşlarla görüşdüklərini bildirib.

Ramazan ayında və sonrasında da zəlzələdən xilas olanları əsla tək qoymayacaqlarını vurğulayan Ərdoğan “Növbəti prosesdə birinci prioritetimiz zəlzələ bölgəsini yaxın zamanda bərpa etməkdir. Bunun üçün çalışırıq. Vətəndaşlarımızın bütün ehtiyacları üçün onların yanındayıq. Zəlzələdən zərər çəkmiş şəhərlərimizin salınmasını planlaşdırarkən istiqamət mümkün qədər düzənlikdən dağlara doğru olur ” deyib.

Ümumilikdə 27 min 949 evin tikintisinə əslində başlandığını və bəzilərinin hazırda tamamlanma mərhələsində olduğuna diqqət çəkən Ərdoğan bu evləri yay mövsümünə qədər bitirəcəklərini və hədəflərinin 650 min evi tamamlamaq olduğunu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki