Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Avropa Komissiyasının sədri Ursula von der Leyen Prezident Kompleksində görüşüblər.
Ərdoğan və von der Leyen dekabrın 10-da Suriyada qaynar hadisələrin yaşandığı bir vaxtda telefon danışığı olmuşdu.
Ərdoğan telefon danışığında Suriya xalqına bütün etnik və dini ünsürləri ilə birlikdə bütün suriyalıların sülh içində yaşaya bilməsi üçün bundan sonra da güclü dəstəyin veriləcəyini bildirərək, Suriyanın terror ünsürlərindən təmizlənməsini, birlik və ərazi bütövlüyünü qoruyub saxlamaq üçün Suriyanın təhlükəsizliyinin təmin edilməsini vurğulayıb.
Görüş zamanı Suriyadakı hadisələr müzakirə olunacaq.