Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan ikitərəfli əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi və iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində səylərin davam etdiriləcəyini vurğulayıb.
Türkiyə Prezidenti, həmçinin Məkkə sazişi çərçivəsində Hörmüz boğazı və Yəməndəki prosesləri yaxından izlədiklərini bildirib. O, mövcud problemlərin diplomatik yollarla həllinə çalışdıqlarını qeyd edib.
Ərdoğan Rəsmi Ankaranın Rusiya-Ukrayna müharibəsi ilə bağlı diplomatik prosesin yenidən canlandırılmasına dəstək verməyə hazır olduğunu da bir daha bəyan edib.
Donald Tramp isə telefon danışığı zamanı Ərdoğanı və Türkiyə xalqını 29 Oktyabr – Cümhuriyyət Bayramı münasibətilə təbrik edib. ABŞ Prezidenti, həmçinin Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün uğurla başa çatmasını arzulayıb.


























