image-2222backend

Ərəb Liqası Sudandakı vəziyyətlə əlaqədar növbədənkənar toplandı

image-reklam_sirab_01

Ərəb Liqası Misir və Səudiyyə Ərəbistanının çağırışı ilə Sudandakı vəziyyətlə əlaqədar növbədənkənar toplaşıb.

Vətəninfo.az xəbər verir ki, Misirin rəsmi agentliyi MENA-da yer alan xəbərə görə, Ərəb Liqası Şurası Sudandakı hadisələri müzakirə etmək üçün Misirin sədrliyi altında daimi nümayəndələr səviyyəsində toplaşıb.

Xatırladaq ki, bir neçə aydır baş verən sözlü atmacalardan sonra aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartumda və müxtəlif şəhərlərdə ordu ilə yarımhərbi Çevik Dəstək Qüvvələri arasında silahlı toqquşmalar baş verib. Qarşıdurmalarda 56 mülki şəxs həlak olub, əsgərlər də daxil olmaqla 595 nəfər yaralanıb.

Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Ərzaq Proqramı (WFP) Sudanda davam edən qarşıdurmalarda 3 əməkdaşının həyatını itirdiyini və bununla əlaqədar Sudandakı əməliyyatlarını müvəqqəti dayandırdığını açıqlayıb. BMT Təhlükəsizlik Şurası Sudanda ordu ilə yarımhərbi Çevik Dəstək Qüvvələri arasında baş verən münaqişələrdən dərin narahatlığını ifadə edərək tərəfləri dərhal dayanmağa və dialoqa qayıtmağa çağırıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki