image-000backend

Erməni deputat yazdıqlarını dandı: “Səhifəmi sındırıblar, mən yazmamışam”

image-reklam_sirab_01

İrəvanda keçirilkən Ağır Atletika üzrə Avropa Çempionatında Azərbaycan Bayrağının yandırılmasından sonra yaranan qalmaqalla bağlı açıqlama verən Ermənistan parlamentinin deputatı Ovik Ağazaryan bu gün sözünü geri götürüb.Vətəninfo.az xəbər verir ki, “Mülki Müqavilə” Partiyasının deputatı “vəhşi və adamyeyən tayfalara xas təzahürləri millətdən tam silmədiyimə görə beynəlxalq sivil cəmiyyətdən üzr istəyirəm” sözlərini yazmadığını bildirib.

O qeyd edib ki, açıqlama yayıb. Lakin həmin açıqlamasındakı sözləri kimlərsə dəyişdirib. Onun sözlərinə görə, Facebook səhifəsi sındırılıb. “Bir neçə saatdır dostlarım mənə zəng edir, nə baş verdiyini soruşur. Baş verənləri onlardan eşitmişəm. Həftə sonu səhifəmə daxil olmamışam. Kanakeravanda tələbə dostlarımla toplantı təşkil etmişdim. Postun mənim olduğunu inkar etmirəm. Amma messencerdən istifadə etməmişəm. Ola bilsin ki, kimsə mənim messencerimdən eyni vaxtda istifadə edib. Ola bilsin, səhifəmi sındırıblar. Ona görə də, köməkçimdən parolu dəyişməyi xahiş etdim”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki