image-1-15backend

Erməni ekspert: “Sərhəddəki toqquşma Zəngəzur dəhlizinin açılması üçün Paşinyana lazımdır”

image-reklam_sirab_01

Dünən Ermənistan tərəfinin Dığ kəndi istiqamətində təxribata əl atması və bir neçə saatlıq döyüşün baş verəməsinə İrəvanda fərqli yanaşanlar var. Vətəninfo.az xəbər verir ki, fərqli fikirə malik ekspertlərdən biri də Alen Qevondyandır.

O iddia edib ki, dünən Dığ kəndi yaxınlığında baş verən hadisələr Ermənistanın baş naziri Nikol Paşinyana lazımdır. Onun sözlərinə görə, bütün bunlar Zəngəzur Dəhlizinin açılması üçün zəmin yaratmaqdır. “Ölkə ərazisindən dəhliz verilməsinin müxtəlif yolları var. Onlardan biri də hərbi əməliyyatlar yoludur”.

Qevondiyan bildirib ki, bu addımın atılması ilə bir tərəfdən Ermənistan məsuliyyətsiz qurban kimi görünəcək. “Xüsusən də İran qarşısında. Dəhlizin verilməsi öz xalqımız qarşısında qanuni sayılacaq. Paşinyan bunun qarşısının alınmasında aciz olduğunu bildirəcək. Yekunda isə Bakıya verdiyiniz dəhlizin açılması ilə bağlı sözü yerinə yetirəcəklər”.

Erməni ekspert vurğulayıb ki, baş verənlərin mahiyyətində dayanan faktorlar bunlardır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki