image-reklam-veteninfo
image-1backend

Erməni iqtisadçı: Ermənistan Rusiyaya görə 1 milyard dollarlıq ixrac itkisi ilə üzləşib

image-reklam-veteninfo

Ermənistan artıq ixrac sahəsində təxminən 1 milyard dollar itki ilə üzləşib.

Vətəninfo.az xəbər verir ki, bunu iqtisad elmləri doktoru Tatul Manaseryan oktyabrın 8-də jurnalistlərlə görüşündə bildirib.

Onun sözlərinə görə, ixrac itkilərinin əsas hissəsi kənd təsərrüfatı məhsullarının payına düşür.

Manaseryan qeyd edib ki, Avropa İttifaqı (Aİ) yaranmış zərərin yalnız 50 milyon avro məbləğində kompensasiya ediləcəyini və iki il müddətinə güzəştli şərtlər təqdim olunacağını vəd edib.

“Kiçik müəssisələr bu şərtlərə uyğunlaşana qədər bütün müddətlər başa çatmış olacaq”, – deyə erməni iqtisadçı bildirib.

Manaseryan Rusiyaya gedən əsas nəqliyyat marşrutlarından biri olan “Yuxarı Lars” keçid məntəqəsi ilə bağlı vəziyyətə də toxunub. Onun sözlərinə görə, marşrutun bağlanması Ermənistanın ixrac imkanlarına ciddi təsir göstərib.

“Diversifikasiyadan danışmağa başladığımız vaxtdan asılılığımız daha da artıb. Enerji təhlükəsizliyi baxımından nə edirik? Avropa ilə dürüst davranırıqmı?” – deyə Manaseryan sual edib.

İqtisadçı Ermənistanın Avropa ilə münasibətlər çərçivəsində üzərinə götürdüyü bəzi öhdəlikləri də tənqid edib. O bildirib ki, Ermənistan 2017-ci ilin noyabrından etibarən SEPA çərçivəsində Avropa tərəfi ilə müəyyən razılaşmalar həyata keçirir və ölkənin atom elektrik stansiyasının fəaliyyətinin dayandırılması məsələsi də gündəmdədir.

Manaseryan həmçinin Ermənistan konyakının adının dəyişdirilməsi ilə bağlı öhdəliklərə diqqət çəkib.

“Əgər biz onlara qarşı dürüst deyiliksə, Aİ niyə Ermənistanla viza rejimini liberallaşdırmalıdır? Rusiya da daxil olmaqla, hər kəslə münasibətlərimizdə problemlərimiz var”, – deyə o əlavə edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki