image-888backend

Erməni politoloq: “Artıq Qarabağ nağılı bitib”

image-reklam_sirab_01

Qarabağda yaşayan ermənilərin son hadisələrdən sonra durumu çox maraqlıdır. Vətəninfo.az xəbər verir ki, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət məntəqəsinin qurulmasından sonra ümidləri tamamilə ölüb. Onlar nə edəcəklərini də bilmirlər.

Qarabağda fəaliyyət göstərən “Vernatun” analitik mərkəzinin rəhbəri Arşak Abramyan da qeyd edir ki, durum çox qarışıqdır.

“Bir saat sonra nə olacağını heç kim bilmir və bütün bunlar insanlara təsir edir. Vəziyyətin nəzarətdən çıxacağını da istisna etmirəm. Təbii ki, vəziyyəti və bütün riskləri dəqiq qiymətləndirmək mümkün deyil. Amma bu qədər mübarizədən sonra yeni güzəştlər olarsa, düşünürəm ki, xalqın reaksiyası gözlənilməz olacaq. Bir sözlə artıq Qarabağ nağılı bitib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki