image-777ybackend

Erməni politoloq: “Ruslar üçün  Qarabağ qapıdır, bu qapıdan çıxsalar Qafqazı, Volqa hövzəsini və Orta Asiyanı itirəcəklər”

image-reklam_sirab_01

Ruslar üçün  Qarabağ qapıdır, bu qapıdan çıxsalar Qafqazı, Volqa hövzəsini və Orta Asiyanı itirəcəklər”. Vətəninfo.az  xəbər verir ki, bu iddia ilə erməni politoloq Stepan Danielyan çıxış edib.

Onun sözlərinə görə, ruslar müqəddəs deyillər. “İcazə verin, məşhur adamın məqsədinin nə olduğunu hələ dərk etməyənlərə sadəcə izah edim. Ruslar müqəddəs deyillər. Nə də bizim problemimizdən əziyyət çəkmirlər. Öz problemlərini özləri həll edirlər. Ukraynada nə olacağını görənə qədər vaxt udmaq üçün türklərə bizim hesabımıza güzəştə gedirlər ki, sonra Türkiyədən zamanında qisas alsınlar. Çünki Azərbaycan və Türkiyə qırmızı xətləri keçdi. Onlar rusların və iranlıların mövqelərinə sahibləndilər. Onların bütövlüyünü təhdid etdilər. Ona görə də ruslar başa düşürlər ki, Qarabağı tərk etsələr, o zaman Cənubi Qafqazı, sonra Orta Asiyanı, sonra Şimali Qafqazı və Volqa hövzəsini itirəcəklər”.

Danielyan bildirib ki, onun nəzərdə tutduğu adam (böyük ehtimalla bu Nikol Paşinyandır) bir çox razılaşmalara imza atıb. “Həmin adamın Qarabağı, sonra Süniki (onsuz da istəyindən asılı olmayaraq) təhvil verməyə dair razılaşması var. Onun bunu nə məqsədlə etdiyi araşdırma məsələsidir. İndi baş verən budur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki