Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhədində vaxtaşırı atışmaların qeydə alındığını təsdiqləyir.
“İnternetdə sərhədin ayrı-ayrı hissələri ilə bağlı müxtəlif yazıların və videomaterialların yayılmasını nəzərə alaraq, Müdafiə Nazirliyi bildirir ki, Ermənistan-Azərbaycan sərhədi boyunca bəzən Ermənistan ərazisinə yönəlməyən atəşlər qeydə alınır. Belə hallarda Ermənistan Müdafiə Nazirliyi atəşkəs rejiminin pozulması ilə bağlı mesajlar yaymır”, – deyə idarənin məlumatında bildirilir.