image-arzuman_muradli-yeni_foto_-2backend

“Ermənilər öz istəklərinə nail ola bilməyəcək” -Arzuman Muradlı

image-reklam_sirab_01

“Ermənistan bu döyüşlərlə KTMT-dən dəstək tələbini yenidən aktuallaşdımaq niyyətindədir. Amma bütün hallarda ermənilər öz istəklərinə nail ola bilməyəcək” – bu fikirləri Vətəninfo.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, ermənilər  bu dəstəyin alınmamasını əsas gətirərək, təhlükəsizliyin təmin edilməsində yeni iştirakçıların vacibliyini önə sürəcək.

“Bu iştirakçılardan biri Avropa İttifaqı və ittifaqın missiyası altında çıxış edən Fransadır. Digəri hansı ölkə ola bilər? Böyük ehtimalla İran. Təxribat hücumunun məhz indi edilməsinin səbəbini burada axtarmaq zərurəti var, xüsusilə Bakı-İrəvan münasibətlərinin normallaşması prosesində yeni addımların atılacağı gözləntisi olan bir zamanda bu ermənilərin atdığı addımdır. Lakin görünən odur ki, ermənilərin bu planları reallaşmayacaq. Çünki Fransadan fərqli olaraq digər qərb ölkələri regionda İran amilini qətiyyətlə rədd edir. Həmçinin İranın regiona hər hansı nüfuzu İsrail və Türkiyənin qəzəbinə səbəb ola bilər. Həmçinin Rusiya amili bu bölgədə əsasdır.” -deyə Arzuman Muradlı bildirib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki