image-bez-nazvaniya-1backend

“Ermənilər saxta tarixləri ilə öyünür” – Millət vəkili faktları paylaşdı

image-reklam_sirab_01
“Ermənistan adlı tarixdə bir dövlət olmayıb. XX əsrdə yaranan Ermənistan dövləti belə qədim Azərbaycanın tarixi ərazisində formalaşdırılıb.” Vətəninfo.az xəbər verir ki, bu fikirləri millət vəkili Elnur Allahverdiyev bildirib.
Millət vəkili əlavə edib ki, ermənilərin tarixi İrəvan, indiki Yerevana XIX əsrin əvvəllərindən etibarən köçürüldüklərinə dair külli miqdarda arxiv sənədləri, tarixi yazışmalar və mənbələr mövcuddur.
“14 yanvar tarixli paylaşımda diqqətinizə rus rəssam Frans Rubonun “İrəvan qalasının təslim edilməsi” əsəri təqdim olunub⬇️
Bu sənənt əsəri indi üzə çıxarılmayıb və çoxdan məlumdur. Paylaşıma münasibət bildirən Ermənistan vətəndaşları və tarixi torpağımız olan Qarabağda məskunlaşmış bəzi erməniəsilli Azərbaycan vətəndaşları belə bir şəkilin olmadığını, yaxud bu paylaşımın “yalana əsaslandığını” iddia edirlər. Ancaq kiçik bir axtarış etsələr, iddialarının cəfəng olduğunu görərlər. Sözügedən əsər 1893-cü ildə Tiflisdəki Qafqaz hərbi-tarixi muzeyi üçün çəkilib. Hazırda harada olduğunu dəqiq deyə bilməsəm də, aşağıdakı mənbə onun Yerevan Tarix Muzeyində olduğunu göstərir.” deyə millət vəkili bildirib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki