image-bayraqbackend

“Ermənistan özünü yandırdı” – İrəvan çıxılmaz vəziyyətdə

image-reklam_sirab_01

image-whatsapp-image-2023-04-15-at-09-30-21-1-570x630

Rəşad Nəsirov, Əməkdar jurnalist

Azərbaycanın tolerantlığı, Ermənistanın dığalığı.

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılması erməni xislətinin və paxıllığının daha bir nümunəsidir. Həm də ki, bu insident bir daha onu sübut edir ki, bu ölkə hər hansı bir mötəbər beynəlxalq tədbiri keçirməyə hələ də hazır deyil.

Beynəlxalq səviyyəli yarışın açılış mərasimində baş verən bu xoşagəlməz hal məndə 1936-cı ildə faşist Almaniyasında keçirilən 36-cı Yay Olimpiya oyunlarını xatırlatdı. O zaman Adolf Hitler qaradərilili və yəhudi əsilli idmançıların Berlinə gəlişindən narazı idi, lakin yenə də onların yarışlarda iştirak etməsinə icazə verdi.

Düşünürdü ki, nasistlərin digər irqlərdən üstünlüyü ideyası bu idman yarışları zamanı özünü təsdiqləyəcək. Lakin sonda tam tərsinə oldu. Müxtəlif irqlərdən, millətlərdən və ölkələrdən olan idmançılar yarışlarda yüksək nəticə göstərərək sübut etdilər ki, faşizmin irqçilik və almanların başqa xalqlardan üstünlüyü ideyası sadəcə absurddur.

Görünür, İrəvandakı açılış mərasimində iştirak edən Paşinyan da öz kumiri Adolf Hitlerin yolunu gedir, amma ermənistanın nazirbaşı gərək yaddan çıxarmasın ki, bu cür insidentlərlə o, Azərbaycan bayrağını yox, özünü yandırır.

Bütün dünya qarşısında canlı efirdə baş verən bu xoşagəlməz hal bir daha sübut edir ki, ermənistan və onun rəhbərliyi sadəcə sivil dünyadan kənar, öz qondarma “böyük ermənistan” xülyası ilə faşizm və revanşizm ideyaları ilə yaşayan xəstə təfəkkürlü böyük bir cəmiyyətdir.

Həm də ki, bu, bir daha ona sübutdur ki, ermənilər bu ərazilərə sonradan köç edib. Çünki Qafqaz xalqlarında qonağa münasibət müqəddəsdir, o, hətta düşmən olsa belə.

İdmançılarımıza isə bir sözüm var, atalar demişkən: düşmənə qalib gəlmək üçün onun gözlərinə dik baxmaq lazımdır. Ümidvaram ki, ağır atletlərimiz Azərbaycan qələbə bayrağını İrəvanda dalğalandıracaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki