image-reklam-veteninfo
image-resize-2backend

Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi ratifikasiya edib

image-reklam-veteninfo

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişini ratifikasiya edib.

Vətəninfo.az xəbər verir ki, sazişin lehinə 63 deputat səs verib, 32 deputat isə əleyhinə çıxıb. Bitərəf qalan olmayıb.

Sənəd Ermənistanla ABŞ arasında “Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu” (TRIPP) layihəsi çərçivəsində strateji əməkdaşlığı nəzərdə tutur.

Qanun layihəsini parlamentdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan təqdim edib. O, çıxışında Azərbaycanla sülh müqaviləsi imzalanmadan əvvəl də TRIPP layihəsinin fəaliyyətə başlaması ehtimalını istisna etməyib.

Mirzoyan bildirib ki, Ermənistan və Azərbaycan sülh müqaviləsinin layihəsinin paraflandığını təsdiqləyib və sənədin mövcudluğunu şübhə altına almırlar. Onun sözlərinə görə, TRIPP layihəsi regionda sülhə töhfə verə bilər.

Saziş parlamentdə müxalifətin tənqidi ilə qarşılaşıb. “Ermənistan” blokunun rəhbəri Anna Qriqoryan layihənin Azərbaycanın maraqlarını əks etdirdiyini iddia edərək fraksiyasının sənədin əleyhinə səs verəcəyini bildirib.

“Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan isə hakimiyyəti Azərbaycanla sülh müqaviləsinin imzalanmasını təmin etməyə çağırıb.

Hakim “Vətəndaş Müqaviləsi” partiyasının nümayəndələri isə layihənin tərəflər üçün qarşılıqlı fayda yaradacağını və sülhə töhfə verəcəyini bildiriblər.

Xatırladaq ki, bu ilin may ayında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişini paraflayıblar. Oktyabrın 21-də isə Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyası sənədə müsbət rəy verib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki