image-reklam-veteninfo
image-1backend

Ermənistanda saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayevin cinayət işi məhkəməyə göndərilib

image-reklam-veteninfo

Ermənistanda saxlanılan Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəsimi Musayevin barəsində başlanmış cinayət işi məhkəməyə göndərilib.

Vətəninfo.az xəbər verir ki, bu barədə “News.am” Ermənistan Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, cinayət işinə Sünik məhkəməsində baxılacaq.

Qeyd edək ki, ötən həftə Nəsimi Musayev barəsində aparılan ibtidai istintaq başa çatıb. Cinayət işi ittiham aktının təsdiqlənməsi üçün nəzarətçi prokurora göndərilib.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumata əsasən, Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Nəsimi Rasim oğlu Musayev 2026-cı il sentyabrın 26-da xidmət yerində olmayıb və onun harada olduğu müəyyən edilməyib.

Bundan sonra Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən hərbi qulluqçunun axtarışı istiqamətində tədbirlər həyata keçirilib.

Hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda da araşdırma aparılıb. Rəsmi açıqlamada Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə dair əsaslı şübhələrin müəyyən edildiyi bildirilib.

Daha sonra Ermənistan ərazisində saxlanılan Azərbaycan hərbçisi məhkəmə qərarı ilə həbs edilib.

Onun Ermənistanda hansı ittihamlarla mühakimə olunacağı və məhkəmə prosesinin nə vaxt başlayacağı barədə hələlik ətraflı məlumat açıqlanmayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki