Ermənistan parlamentində yeni ombudsman seçilib.
Vətəninfo.az xəbər verir ki, Anahit Manasyan 69 deputatın səsi ilə bu vəzifəyə təyin edilib.
Onun namizədliyi Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə” partiyası tərəfindən irəli sürülüb. Müxalifət səsvermədə iştirak etməyib.
Qeyd edək ki, bundan əvvəlki ombudsman Kristine Qriqoryan 24 yanvar 2023-cü ildə istefa verib.