image-000backend

Ermənistandan Rusiya Federasiyasına süd məhsullarının tədarükü qadağan edildi

image-reklam_sirab_01

“Rosselxoznadzor” Ermənistandan  Rusiyaya süd məhsullarının idxalına qadağa qoyub. Vətəninfo.az xəbər verir ki, bu barədə  RİA Novosti agentliyi məlumat yayıb.

Bildirilir ki, Ermənistan tərəfdən alınan məlumata görə, Ermənistanın süd emalı müəssisələri İran İslam Respublikası müəssisələrinin istehsal etdiyi xammaldan istifadə edir və bununla bağlı Rosselxoznadzor tərəfindən məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.

“Rosselxoznadzor Ermənistan Respublikasının Qida Təhlükəsizliyi Müfəttişliyinə martın 31-dək Ermənistandan digər istehsalçıların süd məhsullarının Rusiyaya daha da çatdırılması imkanlarını müzakirə etməyi təklif edib. Məsləhətləşmələrin nəticələrinə əsasən, Ermənistan Respublikasının bütün süd emalı müəssisələrindən süd məhsullarının tədarükünə məhdudiyyətlərin qoyulması məsələsinə baxılacaq”, – məlumatda deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki