image-1681795030_indirbackend

Ermənistanın Texdə İran dronlarından Azərbaycana qarşı istifadə etdiyi sübut olundu…

image-reklam_sirab_01

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi niyə imzalanmır?

Bu suala “eureporter.co” saytı son dərəcə dəqiq cavab verir. Sayt yazır ki, Tex kəndində baş verən hücum zamanı Ermənistan ilk dəfə olaraq İran dronlarından Azərbaycana qarşı istifadə edib. Rusiyanın Ukraynada istifadə etdiyi İran istehsalı olan dronlar bu dəfə Cənubi Qafqazdakı münaqişə zonasında ortaya çıxıb. Ən maraqlısı odur ki, son qarşıdurmaya görə Nikol Paşinyan Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyində olan özbaşınalığı xəyanət kimi dəyərləndirib.

Sayt yazır ki, Nikol Paşinyan deyib ki, döyüş əməliyyatları zamanı yüksək rütbəli erməni hərbçiləri mövqeləri təslim etməklə bağlı əmr verib, çaxnaşma yaradıb: “Bu adamlar agentdirmi? İddia etmirəm, amma analitik nəticə çıxarıram. Yəni yüksək rütbəli zabitlər yuxarıdan göstəriş almalı idilər, amma mən belə bir əmr verməmişəm. Deməli, onlara əmri başqa bir “lider” verib”.

Qərbə bağlı media mərkəzi yazır ki, bu, bu sözlər erməni dövlətçiliyi üçün pis əlamətdir. Ölkə başçısı belə “analitik nəticələr” çıxarmaqla məşğul olmamalıdır…
Bu nə deməkdir? “Mən iddia etmirəm, amma analitik nəticə çıxarıram”? Əgər dövlət başçısı ordunun ona tabe olmadığı qənaətinə gəlirsə, bu, həmin komandirlərin fəaliyyətini dayandırılmasına gətirib çıxarmalıdır. Çünki dövlət öz ərazisində başqasına tabe olan orduya dözə bilməz. Nikol Paşinyan faktiki olaraq Ermənistanın suverenliyini itirməsindən danışır.

Analitik məqalənin müəllifi  James Wilson daha sonra birbaşa mətləbə keçir. Yazır ki, İsrail prezidenti və Nobel Sülh Mükafatı laureatı Şimon Peres İsrailin Misir və İordaniya ilə sülh sazişi imalamasına, lakin Fələstin və Livanla sülh sazişi əldə edə bilməməsindən danışarkən bunun səbəbini belə izah edib: Misir və İordaniyanın bir hökuməti, bir ordusu və bir təhlükəsizlik sistemi var. Onlarla danışıq aparıb razılığa gələ bilərsiniz. Lakin Livanda və Fələstində komanda birliyi yoxdur. Terror təşkilatları sponsorlarından başqa heç kimə tabe olmurlar: Livanın Hizbullahı, Fələstinın İslami Cihad və HƏMAS silahlIı qrupları yalnız İrandan gələn əmrlərə itaət edir. İndi Ermənistan öz təhlükəsizliyinin İranın təhlükəsizliyi olduğunu bəyan etməklə həmin kluba qoşulur…

Son dərəcə ciddi ittihamdır. Birmənalı şəkildə deyilir ki, Ermənistan öz suverenliyini itirib. Ordu Paşinyanın yox, Rusiyadan gələn əmrləri icra edir. İran terrorçu təşkiları idarə etdiyi kimi Ermənistanı da idarə edir. Ermənistan dövləti İran tərəfindən terrorçu təşkilatların təmsil olunduğu kluba daxil edilib…

Elbəyi Həsənli, İsveçrədə yaşayan tanınmış jurnalist


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki