Ermənistanın yeni Konstitusiyasının ilkin mətninin dərc edilməsi növbəti həftəyə təxirə salınıb.
Vətəninfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında açıqlayıb.
Paşinyan bildirib ki, yeni Konstitusiyanın ilkin mətni gələn həftə ictimaiyyətə təqdim ediləcək və müzakirəyə çıxarılacaq.
“Gələn həftə Ermənistan Respublikasının yeni Konstitusiyasının ilkin mətni dərc olunacaq və müzakirəyə təqdim ediləcək”, – deyə baş nazir bildirib.
Qeyd edək ki, yeni Konstitusiya layihəsinin ictimai müzakirəyə çıxarılması Ermənistanın daxili siyasi gündəmində mühüm məsələlərdən biri hesab olunur.


























